12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İsveçrə yeni anti-Rusiya sanksiyalarına qoşulub
Tarix: 16-08-2023 23:57 | Bölmə: Dünya

İsveçrə Federal Şurası Avropa İttifaqının qəbul etdiyi 11-ci anti-Rusiya sanksiyalar paketinə qoşulduğunu açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xüsusilə, İsveçrə 87 təşkilata ikili təyinatlı malların satışına qadağa qoyur, onların arasında üçüncü ölkələrdən Rusiya Federasiyasına belə məhsulları tədarük edən şirkətlər də var.
TASS agentliyi yazır ki, qara siyahıya elektron komponentlər də daxil edilib, üstəlik aviasiya və ya kosmik sənayedə istifadə oluna bilən malların Rusiya ərazisindən tranziti qadağan edilib.
Qeyd edək ki, İsveçrə Aİ və NATO-nun üzvü olmasa da, yenə də anti-Rusiya sanksiyalarına qoşulur.
Lakin bundan əvvəl İsveçrənin dövlət müdafiə şirkəti RUAG-ın rəhbəri Bricit Bek Kiyevə silah tədarük edilməsini tələb etdiyi üçün vəzifəsindən azad edilmişdi.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər