22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Pensilvaniyada su qızdırıcısının partlaması nəticəsində 5 nəfər ölüb
Tarix: 16-08-2023 22:37 | Bölmə: Dünya

Pensilvaniyanın qərbində su qızdırıcısının nasazlığı insan tələfatına və geniş dağıntılara səbəb olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika hüquq-mühafizə orqanları avqustun 12-də Alleqeni dairəsində baş vermiş faciəvi hadisənin səbəblərini araşdırır. Çərşənbə günü "13wham.com" saytı şəxsi evdə zirzəmidə su qızdırıcısının partladığını bildirib.
Hadisə nəticəsində dörd böyük və bir uşaq həlak olub, bir neçə bina dağılıb. Partlayış anı qurbanların qonşularının qapısına quraşdırılmış kamera tərəfindən lentə alınıb. İlkin məlumata görə, hadisəyə səbəb məişət cihazlarının nasazlığı olub.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər