22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Böyük Britaniya: Mahaçqalada partlayışa aqrokimyəvi maddələr səbəb ola bilərdi
Tarix: 15-08-2023 23:49 | Bölmə: Dünya

Mahaçqalada partlayış tez alışan aqrokimyəvi maddələrin saxlanma şəraitinin pozulması səbəbindən baş verə bilərdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Federasiyasının İstintaq Komitəsindən məlumat verilib.
İdarədən dəqiqləşdiriblər ki, artıq faciə yerinə ilkin baxış keçirilib. İstintaq hərəkətləri və ekspertizalardan sonra yekun rəy veriləcək.
Xatırladaq ki, partlayış avqustun 14-də baş verib. Son məlumata görə, 35 nəfər ölüb, daha 80 nəfər yaralanıb. Hazırda 11 yaralının vəziyyəti ağırdır.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, 17 yaralı xüsusi təyyarə ilə Moskvaya çatdırılacaq.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər