22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
İngiltərənin qadınlardan ibarət komandası helikopterdən izlənib
Tarix: 15-08-2023 22:32 | Bölmə: Dünya

Avstraliya və Yeni Zelandiyada keçirilən qadınlar arasında dünya çempionatı həlledici mərhələyə qədəm qoyub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yarımfinaldan əvvəl isə turnirdə əsl “casus ehtirasları” yaranıb.
Avstraliyanın aparıcı nəşrlərindən biri olan "Daily Telegraph" hər vasitə ilə həmyerlilərinin İngiltərə yığması ilə oyunu ərəfəsində ingilislərin qapalı məşqindən məxfi məlumat almaq üçün yola düşüb.
Bunun üçün media holdinq ingilis qadınların məşq etdiyi bazanın üzərində video və fotokameralarla bir neçə dövrə vurmaq, Avstraliya millisinin rəqib futbolçularının məşqlərinə casusluq etmək üçün helikopter icarəyə götürüb.
Britaniyanın "Daily Mail" qəzetinin insayderlərinə görə, bu, çərşənbə günü, avqustun 16-na planlaşdırılan DÇ-2023-ün yarımfinal mərhələsi ərəfəsində baş verib. Eyni zamanda, helikopterdən çəkilmiş videoçəkilişin Yaşıl Qitə millisinin məşqçilər korpusunun əlinə keçib-keçmədiyi məlum deyil.
Avstraliyalılar tarixdə ilk dəfə 1/2 finala yüksəliblər. Britaniyalılar əvvəlki iki turnirdə bu mərhələdə oynayıb və 2015-ci ildə bürünc medalçılar olub, 2019-cu ildə isə 4-cü yeri tutublar.
Hazırkı dünya çempionları bu turnirdə 1/4 finala belə çıxa bilməyən ABŞ futbolçularıdır. Bir gün əvvəl ilk yarımfinalda İsveç yığmasını məğlub edən (2:1) İspaniyanın qadınlardan ibarət yığması tarixdə ilk dəfə əsas kubok uğrunda mübarizə aparacaq.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər