22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
ABŞ Ukraynaya növbəti hərbi yardım paketi ayırıb
Tarix: 14-08-2023 23:35 | Bölmə: Dünya

ABŞ Ukraynaya növbəti hərbi yardım paketi verəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Dövlət katibi Entoni Blinken bildirib ki, onun ümumi dəyəri 200 milyon dollar qiymətləndirilir.
TASS agentliyi yazır ki, diplomat qeyd edib ki, paketə hava hücumundan müdafiə raketləri, artilleriya mərmiləri, tank əleyhinə sistemlər və minalardan təmizləmə sistemləri daxildir.
Bundan əvvəl KİV-də bildirilirdi ki, dövlətlər Ukraynaya əlavə "Javelin" və "TOW" raket sistemləri, "AT4" qumbaraatanları, "Patriot" hava hücumundan müdafiə sistemləri üçün sursat və GMLRS raketləri ötürə bilər.
ABŞ prezidenti Cozef Bayden də ABŞ Konqresindən daha 13 milyard dollar ayrılmasını istəyib.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər