22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
ABŞ-da yeniyetmə Böyük Kanyonda 30 metr hündürlükdən yıxılaraq sağ qalıb
Tarix: 14-08-2023 22:09 | Bölmə: Dünya

Böyük Kanyona ailə səfəri Şimali Dakotadan olan 13 yaşlı oğlanın çoxsaylı xəsarətləri və sınıqları ilə nəticələndi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yeniyetmənin düşdüyü çətin vəziyyəti nəzərə alsaq, onun çox şanslı olduğunu deyə bilərik.
"Associated Press" xəbər verir ki, hadisə Amerikanın Böyük Kanyon Milli Parkındakı məşhur yürüyüş yollarından birində baş verib. Nəşrin məlumatına görə, uşaq 30 metr hündürlüyü olan qayadan yıxılıb. Zərərçəkmişə çatmaq üçün təcili yardım işçiləri iki saat çəkdi.
Yeniyetmə helikopterlə Las-Veqas klinikasına aparılıb, ona qolunun və doqquz fəqərəsinin sınığı, dalaq yırtığı, ağciyər zədəsi və beyin silkələnməsi diaqnozu qoyulub.
İndi oğlanın həyatı üçün təhlükə yoxdur. O, jurnalistlərə bildirib ki, turistlərin şəkil çəkdirməsinə mane olmaq istəmir, kənara çəkilməyə başlayıb və büdrəyib.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər