22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Taliban zina və homoseksuallıqda mühakimə olunanları açıq şəkildə qamçılayıb
Tarix: 12-08-2023 23:02 | Bölmə: Dünya


Taliban Əfqanıstanın şimal-qərbindəki Faryab əyalətinin sakinlərini açıq şəkildə cəzalandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səbəb onların zina və homoseksuallığı olub. Bu barədə ölkənin Ali Məhkəməsi məlumat yayıb.
Zinakarlar 29 şallaq, homoseksuallıqda ittiham olunan kişilər isə hər biri 30 şallaq zərbəsi ilə cəzalandırılıb.
İslam şəriətində (şəriətdə) zina, içki, oğurluq kimi cinayətlər müxtəlif cəza növləri ilə, əzaların kəsilməsinə qədər cəzalandırılır.
Daha əvvəl bildirilmişdi ki, Taliban insanlardan musiqi alətlərini müsadirə edərək yandırıb. Onların fikrincə, musiqi alətlərində ifa etmək cəmiyyətin korlanmasına səbəb olur.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər