22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Qahirə Vaşinqtonun təzyiqlərinə müqavimət göstərir
Tarix: 11-08-2023 23:12 | Bölmə: Dünya

“The Wall Street Journal” yazır ki, Misir ABŞ-ın Ukraynaya silah və sursat göndərmək tələblərinə əməl etmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika hakimiyyətinin nümayəndəsinə istinad edən nəşrin məlumatına görə, Vaşinqton Qahirədən Kiyevi hava hücumundan müdafiə sistemləri, tank əleyhinə raketlər, artilleriya mərmiləri və odlu silahlarla təchiz etməyi xahiş edib.
“The Wall Street Journal” qeyd edir ki, “Amerikalılarla söhbətlərdə Misir bu xahişləri birmənalı şəkildə rədd etmədi, lakin şəxsi söhbətlərdə Misir rəsmiləri Misirin silah göndərmək planının olmadığını bildirdilər”.
ABŞ nümayəndələri misirli həmkarları ilə görüşlərdə dəfələrlə Kiyevə silah tədarükü məsələsini qaldırıblar. “İnterfaks” yazır ki, sonuncu həmişə qaçaq cavab verib.
Bu arada, aprel ayında “The Washington Post” Misirin Rusiyaya gizli şəkildə 40 minə qədər raket göndərməyi planlaşdırdığına dair məlumat yayıb.
Bu şayiələri şərh edən Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Qahirənin Moskvaya silah tədarük etdiyinə dair heç bir əlamət görmür.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər