22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Bayden Konqresdən Ukrayna üçün 13 milyard dollardan çox pul istəyir
Tarix: 10-08-2023 23:52 | Bölmə: Dünya


ABŞ prezidenti Co Bayden Konqresdən Ukrayna üçün əlavə maliyyə yardımı istəyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin dərc olunmuş sənədində deyilir.
Bayden Ukrayna üçün avadanlıq və Müdafiə Nazirliyinin ehtiyatlarının artırılması üçün təxminən 9,5 milyard dollar, hərbi, kəşfiyyat və digər müdafiə dəstəyi üçün 3,6 milyard dollar istədi. Beləliklə, ümumilikdə ABŞ prezidenti Kiyev üçün 13,1 milyard dollar istəyib.
Bundan əvvəl ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi hazırladığı bildirilirdi. Buraya əlavə "Javelin" və TOW raket sistemləri, AT4 qumbaraatanları, "Patriot" SAM sursatları və GMLRS raketləri daxildir.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər