Bütün xəbərlər
Almaniya vətəndaşı Rusiya kəşfiyyatı ilə əməkdaşlıq etdiyi üçün saxlanılıb
Tarix: 09-08-2023 22:31 | Bölmə: Dünya


Almaniyanın qərbində alman ordusu üçün hərbi məhsullar almaqla məşğul olan yerli sakin saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, vətəndaş Rusiyanın xeyrinə casusluqda şübhəli bilinir.
Almaniya Baş Prokurorluğunun TASS agentliyinə istinadən verdiyi məlumata görə, şübhəli Tomas H. avqustun 9-da Koblenz şəhərində saxlanılıb. Onun həbsinə dair order iyulun 27-də verilib. Saxlanılan şəxsin mənzilində axtarış aparılıb.
Bildirilir ki, Tomas H. Bundesverin Silahlar, İnformasiya Texnologiyaları və Tətbiqləri üzrə Federal İdarəsində çalışıb. Digər şeylər arasında, onun vəzifələrinə Alman silahlı qüvvələri üçün hərbi məhsulların alınması daxildir.
Almaniya Baş Prokurorluğunun məlumatına görə, son 4 ay ərzində saxlanılan şəxs öz təşəbbüsü ilə dəfələrlə Rusiyanın Bonndakı Baş Konsulluğu və Rusiyanın Berlindəki səfirliyi ilə əlaqə saxlayıb və əməkdaşlıq təklif edib.
İlkin məlumatlara görə, Almaniya federal agentliyinin əməkdaşı ən azı bir dəfə peşəkar fəaliyyəti ilə bağlı məlumatları Rusiya kəşfiyyatına təhvil verib. Şübhəli şəxs Ali Federal Məhkəmənin qərarı ilə həbs edilərək istintaq təcridxanasına yerləşdirilib.



Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər