Bütün xəbərlər
Türkiyə ombudsmanı düşərgədən qovulan rusiyalı uşaqlara kömək edəcəyinə söz verib
Tarix: 05-08-2023 23:31 | Bölmə: Dünya


Türkiyənin baş ombudsmanı Şeref Malkoç Antalyadakı düşərgədən qovulmuş rusiyalı uşaqlara lazımi yardımı göstərməyə hazırdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova deyib.
O, həmçinin əlavə edib ki, bu gün 68 uşaq Rusiyaya qayıdacaq. TASS agentliyi yazır ki, qalanları tətilini Türkiyədə davam etdirəcək, lakin başqa bir turoperatorla.
Xatırladaq ki, 90 rus gənci “Hummingbird Tour” şirkəti otelin pulunu ödəmədiyi üçün qovulmuşdu. Rospotrebnadzor valideynləri turoperatora qarşı iddia qaldırmağa çağırdı. Mümkündür ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı kollektiv iddia məhkəməyə verilsin.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər