Bütün xəbərlər
Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb
Tarix: 05-08-2023 23:15 | Bölmə: Dünya


Gürcüstanda torpaq sürüşməsi 17 nəfərin həyatına son qoyub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha 18 nəfər itkin düşmüş hesab olunur.
TASS agentliyi yazır ki, ölən yeddi nəfərin cəsədi artıq müəyyən edilib.
Gürcüstan parlamentinin rəhbəri Şalva Papuaşvilinin sözlərinə görə, 4 metrlik torpaq və daş təbəqəsi 50 hektar ərazini əhatə edir.
Xatırladaq ki, faciə avqustun 3-də Şovi istirahət mərkəzində baş verib. Xilasetmə əməliyyatında 4 helikopter və 400 mütəxəssis iştirak edir.
Ölənlər arasında bir Rusiya vətəndaşı da var. Avqustun 7-si Gürcüstanda matəm günü elan edilib.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər