12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Pakistan polisi keçmiş baş nazirin tərəfdarlarını saxlayıb
Tarix: 05-08-2023 23:03 | Bölmə: Dünya


Polis Pakistanın keçmiş baş naziri İmran Xanın etiraz aksiyasına çıxan tərəfdarlarını saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçinin özü videomüraciətində qeyri-qanuni hökumətə qarşı, lakin sülh yolu ilə azadlıq uğrunda mübarizə aparmağa çağırıb.
Xanın sözlərinə görə, o, həbsini gözləyirmiş, ona görə də videonu lentə alıb.
Sabiq baş nazirin rəhbərlik etdiyi Ədalət Hərəkatı Partiyası ümummilli etiraza çağırır. Bununla belə, fəallar dinc yürüşlər keçirməlidirlər, TASS agentliyi yazır.
Xatırladaq ki, avqustun 5-də məhkəmə İmran Xanı korrupsiyada təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrumetmə, həmçinin 100 min rupi, yəni təxminən 1,2 min dollar cərimə kəsib.
Bildirilir ki, Pakistan hökumətinin keçmiş rəhbəri Ravalpindi şəhərinin mərkəzi həbsxanasına göndəriləcək.
İmran Xan 2018-ci ilin avqustundan 2022-ci ilin aprelinə qədər Pakistanın baş naziri olub.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər