Bütün xəbərlər
Duda dörd uğursuz cəhddən sonra Varşavaya uçdu
Tarix: 03-08-2023 23:50 | Bölmə: Dünya


Polşa prezidenti Anjey Duda bu gün Qdinyadakı Dəniz Əməliyyatları Mərkəzinə və 3-cü gəmi flotiliyasına baş çəkməli idi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, lakin hava şəraitinə görə bunu edə bilməyib və Varşavaya qayıdıb.
Bir nömrəli reys Qdynia hava limanına enmək üçün dörd cəhd etdi, lakin hava şəraiti ilə əlaqədar gəmi komandiri təyyarəni Kosakovoda endirməyə deyil, paytaxta qayıtmağa qərar verdi. Prezidentin səfəri təxirə salındı.
RİA Novosti xəbər verir ki, Anjey Duda Baltikyanı vəziyyətlə, o cümlədən Rusiya Hərbi Dəniz Qüvvələrinin təlimlərinin başlaması ilə bağlı tanış olmaq niyyətində olub. Polşa Müdafiə Nazirliyi təlimi yaxından izlədiyini, NATO tərəfdaşları ilə əlaqə saxladığını bildirib.


Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər