Bütün xəbərlər
Nigerdə fransız mediası bloklanıb
Tarix: 03-08-2023 23:20 | Bölmə: Dünya


"France Media Monde" media qrupunun məlumatına görə, Nigerdə Fransanın "RFI" radiostansiyası və "France 24" telekanalının yayımı dayandırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, media qrupu yuxarıda qeyd olunan və müəyyən edilmiş qanuni çərçivədən kənar qəbul edilmiş qərarı pislədiklərini bildirib. Mali və Burkina Fasoda onsuz da Fransız mediası senzuraya məruz qalıb, "France Media Monde" diqqət çəkir.
"RFI" və "France24" Afrikadakı əsas fransız mediasıdır.
Niger avqustun 3-də Fransadan müstəqilliyinin 63-cü ildönümünü qeyd edir. Paris də öz növbəsində Afrika ölkəsindən soydaşlarının təxliyyəsinin başa çatdığını elan edib.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər