Bütün xəbərlər
Türkiyədəki ruslar virtual kartla ödəniş edəcəklər
Tarix: 03-08-2023 17:10 | Bölmə: Dünya


Rusiyalı turistlər Türkiyənin Troy ödəmə sisteminin virtual kartı ilə Türkiyədə ödəniş edə biləcəklər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq proqram AppStore və GooglePlay mağazalarında peyda olub.
Söhbət Letim tətbiqindən gedir. Orada qeydiyyatdan keçdikdən sonra turist virtual Troy kartı aça bilər. Sürətli ödəniş sistemi vasitəsilə Rusiya banklarındakı rubl hesablarından ona lirə ilə pul qoya bilərsiniz. Qeydiyyatdan keçmək üçün pasportunuzun rəqəmsal skanına ehtiyacınız olacaq.
Ötən ilin payızında Türkiyədə Mir kartları fəaliyyətini dayandırıb. Troya ödəniş sisteminin kartlarına gəlincə, onlar Türkiyənin bütün bankomatları və ödəniş terminalları tərəfindən qəbul edilir.


Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər