12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Niger beş qonşu dövlətlə sərhədlərini açıb
Tarix: 02-08-2023 11:25 | Bölmə: Dünya


Avqustun 2-də Niger hakimiyyəti beş qonşu dövlətlə sərhədlərini yenidən açdı.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət Əlcəzair, Burkina Faso, Liviya, Mali və Çaddan gedir. Ölkədəki dövlət hərbi çevrilişindən sonra onlarla sərhədlər bağlanıb.
"France-Presse"-in adının açıqlanmasını istəməyən Niameydəki hakimiyyət nümayəndəsinə istinadən verdiyi məlumata görə, quru və hava sərhədləri açıqdır.
Bundan əvvəl Nigerdə hərbçilər prezident Məhəmməd Bazumun vəzifəsindən uzaqlaşdırıldığını, sərhədlərin bağlandığını, ölkədə komendant saatı tətbiq edildiyini bildirmişdilər. Bundan əvvəl mətbuat Niameydəki prezident sarayının prezident qvardiyasının hərbçiləri tərəfindən bloklandığını yazmışdı.
Hazırda prezident Bazum hələ də iqamətgahındadır. İyulun 28-də prezident qvardiyasının komandiri general Əbdürrəhman Çiani Nigerdə dövlət televiziyasına çıxıb. O, özünü çevriliş iştirakçılarının yaratdığı “Vətənin Müdafiəsi üzrə Milli Şura”nın rəhbəri elan edib.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər