12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Ruslar Port Sudandan təxliyə edilib
Tarix: 01-08-2023 23:50 | Bölmə: Dünya


Rusiya səfirliyinin əməkdaşlarının bir hissəsi Port Sudan şəhərindən təxliyə edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu qərar Sudanda davam edən qarşıdurmalar fonunda yüksək təhlükəsizlik riskləri ilə əlaqədar qəbul edilib. Təkcə səfirliyin əməkdaşları deyil, digər Rusiya vətəndaşları, vətənə qayıtmaq üçün kömək üçün müraciət etmiş ailə üzvləri də təxliyə edilib.
Bundan əvvəl Rusiya səfirliyi Xartumdan Port Sudana köçürülüb.
Aprelin 15-dən Sudanda çevik reaksiya qüvvələri ilə nizami ordu arasında döyüşlər gedir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, azı 958 mülki şəxs həlak olub.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər