12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Polşa Belarusu hava məkanını pozmaqda ittiham edib
Tarix: 01-08-2023 23:00 | Bölmə: Dünya


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, avqustun 1-də Polşa Xarici İşlər Nazirliyi Belarusun Varşavadakı səfirliyinin müvəqqəti işlər vəkilinə Polşa tərəfinin məlumatına görə, iki ölkənin sərhədində baş vermiş hava insidentinə görə etiraz edib.
"İnterfaks" xəbər agentliyinin məlumatına görə, çərşənbə axşamı Belarusun Varşavadakı səfirliyinin müvəqqəti işlər vəkili Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Polşa tərəfinin məlumatına görə, avqustun 1-də Belarusun iki helikopteri respublikanın hava məkanını pozub.
Polşa Xarici İşlər Nazirliyi belarus diplomatına kəskin etirazını bildirib, insidenti Polşa-Belarus sərhədində gərginliyin artması elementi adlandırıb və Belarusu baş verənləri dərhal izah etməyə çağırıb.
Polşa qonşu dövlətin belə addımlardan çəkinəcəyinə ümid etdiyini bildirib. Lakin bir qədər sonra məlum olub ki, hadisə ilə əlaqədar Polşa hərbi idarəsi Belarusla sərhədə daha çox hərbi qulluqçu və döyüş helikopterləri göndərmək qərarına gəlib.
Belarus Müdafiə Nazirliyi də öz növbəsində Belarus helikopterlərinin Polşa sərhədini pozmadığını bəyan edib. Polşa tərəfinin bəyanatları isə sərhəd yaxınlığında qüvvələrin toplanmasına haqq qazandırmağa xidmət edir.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər