12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
General Çiani özünü Nigerin Qurtuluşu Milli Şurasının sədri elan edib
Tarix: 28-07-2023 20:20 | Bölmə: Dünya


Çevrilişi həyata keçirən hərbçilər adından general Əbdürrəhman Çiani çıxış edib və özünü Nigerin Qurtuluşu Milli Şurasının sədri elan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, qiyamın səbəbi kimi "ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsini" göstərib.
İyulun 26-da üsyançılar Niger prezidenti Məhəmməd Bazumun istefasını, respublikanın sərhədlərinin bağlandığını və konstitusiyanın fəaliyyətinin dayandırıldığını elan ediblər. Vətənin Qurtuluşu Milli Şurası bütün səlahiyyətləri öz üzərinə götürdü. Niger Silahlı Qüvvələrinin əsas qərargahı üsyançılara dəstək verib.
Bu arada "Associated Press" agentliyi mənbələrə istinadən xəbər verir ki, Məhəmməd Bazum istefa vermək niyyətində deyil və danışıqlar hələ də davam edir.
Daha əvvəl Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat bildirmişdi ki, Niger prezidenti özünü yaxşı hiss edir, lakin hələ də öz iqamətgahında saxlanılır.



Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər