12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Bolqarıstanda yeni müdafiə nazirinin hərəkəti sosialistləri qəzəbləndirib
Tarix: 26-07-2023 23:58 | Bölmə: Dünya


Bolqarıstan sosialistləri müdafiə naziri Todor Taqarevin hərəkətini tənqid ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, təyinatdan sonra cəmi iki ay vəzifədə çalışıb və istirahətə gedib.
Xalq Məclisinin deputatları Taqarevi iclasa dəvət etməyi planlaşdırırdılar, lakin nazir iclasda iyulun 20-dən 28-dək iştirak etməməsi barədə onlara xəbərdarlıq edib.
Bolqarıstan Sosialist Partiyasından olan deputat Georgi Svilenski hesab edir ki, nazir əvvəlcədən aldığı məzuniyyət paketini itirmək istəməyib.
Svilenskinin sözlərinə görə, Taqarev Bolqarıstan vətəndaşlarına, parlamentarilərə və spiker Rozen Jelyazkova qarşı hörmətsizlik edib.
Baş nazir Nikolay Denkovun hökuməti iyunun 6-da səlahiyyətlərinin icrasına başlayıb, RİA Novosti yazır.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər