12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
NATO Qara dənizdə kəşfiyyatı gücləndirir
Tarix: 26-07-2023 23:48 | Bölmə: Dünya


NATO taxıl müqaviləsinin ləğvi fonunda Qara dəniz regionunda kəşfiyyatı gücləndirir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qərar Ukrayna-NATO Şurasının iyulun 26-da Brüsseldə səfirlər səviyyəsində baş tutan iclasında qəbul edilib.
"NATO və onun üzvləri Qara dəniz regionunda müşahidə və kəşfiyyat işlərini, o cümlədən dəniz patrul təyyarələri və pilotsuz uçuş aparatları vasitəsilə artırırlar", - RİA Novostinin Şuraya istinadən verdiyi məlumata görə, bəyanatda deyilir.
Alyans hesab edir ki, Rusiya öz hərəkətləri ilə guya NATO üçün strateji əhəmiyyət kəsb edən Qara dənizdə sabitliyə risklər yaradır.
Görüş iştirakçıları xatırladıblar ki, Şimali Atlantika Alyansının regionda mövcudluğu hələ 2022-ci ildə, o cümlədən Bolqarıstan və Rumıniyada iki yeni çoxmillətli döyüş qrupu vasitəsilə genişləndirilib.
Alyansın Vilnüsdə bu yaxınlarda keçirilən sammitində yaradılmış Ukrayna-NATO Şurasının iclasının çağırılmasının təşəbbüskarı Vladimir Zelenski olub. Əsas mövzular taxıl sövdələşməsinin pozulması və Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının davam etdirilməsi imkanları olub.
İyulun 18-dən etibarən 2022-ci ildə bağlanan taxıl sazişinin ləğvi ilə bağlı Rusiya daha əvvəl Türkiyə, Ukrayna və BMT-ni xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin BMT-nin səylərinə baxmayaraq Rusiya ilə razılaşmanın şərtlərinin yerinə yetirilmədiyini və Qərb ölkələrinin vədlərini yerinə yetirmək fikrində olmadığını izah edib.



Baxış sayı: 256


Bölməyə aid digər xəbərlər