12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Ramafosa: "Putinin Cənubi Afrikada həbsi Rusiyaya müharibə elan etməyə bərabərdir"
Tarix: 18-07-2023 22:50 | Bölmə: Dünya


Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında Cənubi Afrikada hipotetik həbsini Rusiyaya müharibə elanı ilə müqayisə etmək olar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa belə deyir. O, Cənubi Afrikanın Gauteng əyalətinin Ali Məhkəməsinə göndərilən sənədlərdə fikirlərini bölüşüb.
Ramafosa görə, Putinin Cənubi Afrikada həbsi respublikanın konstitusiyasına uyğun gəlməyən risklərə səbəb olur. Dövlət başçısı milli suverenliyi, ölkənin əmin-amanlığını və təhlükəsizliyini qorumaq kimi öhdəliklərin olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Siril Ramafosa məhkəmədən öz mövqeyini gizli saxlamağı xahiş etsə də, Cənubi Afrika prezidentinin məxfi yazılı cavabı açıqlanıb. O, "News 24" xəbər portalına istinadən xəbər verir ki, nəşrdən bir neçə saat sonra Ramafosa cavabının dərcinə qarşı olmadığını bildirib.
Mart ayında Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin, eləcə də Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar ukraynalı uşaqların qanunsuz deportasiyasında ittiham olunublar.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər