12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Kuleba Almaniyanı Merkelin səhvlərini təkrarlamamağa çağırıb
Tarix: 10-07-2023 22:39 | Bölmə: Dünya


Ukrayna NATO-ya dəvət gözləyir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Dmitri Kuleba bir daha bəyan edib.
Ukraynalı siyasətçi hesab edir ki, indi dövləti Şimali Atlantika Alyansına dəvət etməyin əsl vaxtıdır. Almaniyanın ARD telekanalı Kulebaya istinadən xəbər verir ki, eyni zamanda Kiyev ani üzvlükdən danışmır.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri diqqəti NATO-ya üzvlüyün münaqişəni dayandıra bilməyəcəyinə, lakin Avropada gələcək müharibələrin qarşısını ala biləcəyinə diqqət çəkib. Bununla bağlı Dmitri Kuleba Almaniya hökumətini ölkənin keçmiş kansleri Angela Merkelin buraxdığı səhvləri təkrarlamamağa çağırıb. Xüsusilə, 2008-ci ildə o, açıq şəkildə Ukraynanın NATO-ya inteqrasiyasına qarşı çıxış edib.
Dmitri Kuleba həmçinin bildirib ki, Vladimir Zelenskinin NATO sammitində iştirakı ilə bağlı yekun qərarı yaxın saatlarda verəcək.
Bundan əvvəl “The Telegraph” qəzeti NATO-dakı mənbələrə istinadən yazıb ki, Almaniya sammitdə Ukraynanın alyansa daxil olmasını təxirə salmaqda israr etməyi planlaşdırır.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər