Bütün xəbərlər
Bayden və Stoltenberq açıqlama verib
Tarix: 09-07-2023 21:05 | Bölmə: Dünya


ABŞ prezidenti Co Bayden İsveçin yaxın gələcəkdə NATO-ya daxil olması perspektivlərinə nikbin baxır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda o, Şimali Atlantika Alyansında Ukraynanın hazırda ora qəbul edilməsi məsələsində birlik görmür.
Co Bayden CNN-ə müsahibəsində fikirlərini bölüşüb. ABŞ prezidenti Çindən də danışıb. Amerika lideri Vaşinqton və Pekin arasında qarşılıqlı faydalı münasibətlərin qurulmasına inanır. Eyni zamanda Bayden əmindir ki, Si Cinpinq ABŞ-ı dünyanın aparıcı hərbi və iqtisadi gücünün kürsüsündən sıxışdırmağa çalışır.
NATO-nun baş katibi Yens Stoltenberq də açıqlama verib. Onun sözlərinə görə, Ukrayna prezidentinin Vilnüsdə keçiriləcək sammitdə iştirakına tam arxayın olmaq mümkün deyil. Bununla belə, alyansın baş katibi Vladimir Zelenski ilə görüşü səbirsizliklə gözləyir, "Sky News" xəbər verir.
NATO-nun sammiti iyulun 11-12-də keçiriləcək. Zelenskinin tədbirdə iştirak etmək qərarı onun müttəfiqlərin alyansa üzvlüklə bağlı siqnallarından razı olub-olmamasından asılıdır.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər