Bütün xəbərlər
Hollandiyanın baş naziri Mark Rutte istefa verib
Tarix: 08-07-2023 11:00 | Bölmə: Dünya


Baş nazir Mark Ruttenin rəhbərlik etdiyi Hollandiya hökuməti istefa verib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Niderland Nazirlər Kabinetinin rəhbəri mətbuat konfransında deyib.
Rutte qeyd edib ki, yaxın vaxtlarda “hökumətin istefası krala təhvil veriləcək”. Onun sözlərinə görə, hakim koalisiyanın dağılması miqrasiya siyasətindəki fikir ayrılıqları ilə bağlıdır.
Növbəti addım ölkədə parlament seçkilərinin keçirilməsi olacaq. Onların nəticələrinə əsasən yeni hakim koalisiya formalaşacaq, lakin hələlik hazırkı hökumət müvəqqəti olaraq öz vəzifələrini yerinə yetirməkdə davam edəcək.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər