12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İspaniya feminizm üzrə vitse-premyer təyin etməyi təklif edir
Tarix: 06-07-2023 22:55 | Bölmə: Dünya


İspaniyanın əmək naziri Yolanda Diazın rəhbərlik etdiyi solçu siyasi partiyası Sumar hökumətdə feminizm üzrə baş nazirin müavini postunun yaradılmasını təklif edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, belə bir təşəbbüs partiyanın iyulun 6-da dərc olunmuş proqramında yer alıb.
“Bu islahatlara (feminizm sahəsində – red.) rəhbərlik etmək və digər administrasiyalar və sosial agentlərlə koordinasiya etmək üçün feminizm və qayğı iqtisadiyyatı üzrə vitse-prezidentliyin yaradılması təklif edilir”, - sənədin mətnində deyilir.
Bundan əlavə, partiya böhran vəziyyətində olan kişilər üçün yardım xəttinin yaradılmasını təklif edib. Sumar hesab edir ki, bu, qəribə də olsa, qadınları əks cinsin zorakılığından qorumağa kömək edəcək.
Bundan əlavə, Sumar əmək haqqını dəyişdirmədən iş həftəsini 32 saata endirmək üçün qanunvericilik təklif edib.
Bütün bu tədbirlər iyulun 23-nə təyin edilmiş növbədənkənar ümumi seçkilər öncəsi təklif edilir. Baş nazir Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası və onun koalisiya ortağı Podemos son yerli seçkilərdə gözləniləndən daha pis çıxış ediblər. Sol partiyalar öz yerini sağa, xüsusən də əsas müxalifət qüvvəsinə - İspaniya Xalq Partiyasından olan mühafizəkarlara veriblər.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər