Bütün xəbərlər
Netanyahu: "İraq israilli alimin təhlükəsizliyinə cavabdehdir"
Tarix: 05-07-2023 21:43 | Bölmə: Dünya


Yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu Rusiya və İsrail vətəndaşı, alim Yelizaveta Tsurkovanın Hizbullah hərəkatı ilə əlaqəsi olan şiə silahlılarının əlində olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qadın sağdır. Onun təhlükəsizliyinə görə məsuliyyət İraqın üzərinə düşür, siyasətçi əlavə edib.
İsrail mediası Tsurkovanın bir neçə ay əvvəl İraqda oğurlandığını yazıb. Təl-Əviv və Vaşinqton onun azad edilməsi üzərində işləyir.
Bundan əvvəl Hizbullah Livan ərazisi üzərində İsrailə məxsus pilotsuz təyyarənin ələ keçirildiyini açıqlamışdı. İDF pilotsuz təyyarənin düşdüyünü etiraf edib, lakin səbəbini açıqlamayıb.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər