12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Filippin hakimiyyəti qalmaqala görə reklamçılarla müqaviləyə xitam verib
Tarix: 03-07-2023 23:35 | Bölmə: Dünya


Filippində reklam çarxı ilə bağlı qalmaqal yaranıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hökumətin “Love the Filippines” turizm kampaniyası çərçivəsində təxminən bir milyon (900 min) dollara müqavilə alan tanınmış reklam agentliyinin orada başqa ölkələrdən çəkilmiş kadrlardan istifadə etməsi həm hakimiyyət orqanlarını, həm də sadə insanları qəzəbləndirib.
RİA Novosti yerli KİV-ə istinadən xəbər verir ki, nəticədə Filippin Turizm Nazirliyi “orijinal olmayan və ya ehtiyat materialların istifadəsindən qəzəblənən” filippinlilərlə həmrəyliyini ifadə edərək, onu dayandırıb.
Xüsusilə, DDB Philippines reklam agentliyinin videosunda İndoneziyada çəltik tarlaları və Braziliyada qum təpələrinin kadrları yer alıb.
Eyni zamanda, bu brendinq kampaniyası üçün ödənişlərin hələ həyata keçirilmədiyi dəqiqləşdirilir.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər