Bütün xəbərlər
Bayden üç ölkəyə səfər edəcək
Tarix: 02-07-2023 20:40 | Bölmə: Dünya


Ağ Ev bəyanat yayıb ki, ABŞ prezidenti Co Bayden iyulun 9-dan 13-dək Böyük Britaniya, Litva və Finlandiyaya səfər edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Londonda o, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Kral III Çarlzla görüşəcək. Məlumata görə, onların görüşü ABŞ və Böyük Britaniya arasında “ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə” həsr olunacaqlar.
Vilnüsdə Co Bayden iyulun 11-12-də Litvanın paytaxtında keçiriləcək NATO-nun 74-cü Sammitində iştirak edəcək.
Daha sonra o, Helsinkiyə ABŞ və Skandinaviya liderlərinin sammitinə gedəcək, RİA Novosti xəbər verir.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər