Bütün xəbərlər
Tramp Baydeni Ukrayna ilə İraqı qarışdırdığına görə ələ salıb
Tarix: 01-07-2023 23:11 | Bölmə: Dünya


ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti dəfə ölkənin hazırkı rəhbəri Co Baydeni tənqid edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçinin fikrincə, indiki lider dövləti üçüncü dünya müharibəsinin astanasına qoyub, çünki o, ümumiyyətlə, nə edəcəyini bilmir.
Tramp Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxış edərkən fikirlərini bölüşüb. Keçmiş prezident xüsusilə Bayden hadisəsinə diqqət çəkib. O, Rusiyadakı vəziyyəti şərh edərkən Ukraynanı İraqla qarışdırıb.
Donald Tramp əmindir ki, Co Bayden dünya liderlərinə uyğun gəlmir.
Bir müddət əvvəl eks-prezident onu hazırkı çinlilərin nəzarətində olduğuna görə qınadı.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər