12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Əfqan qadınları “azad insanlar” statusunu bərpa ediblər
Tarix: 25-06-2023 23:55 | Bölmə: Dünya


Əfqanıstanda “Taliban” hərəkatının (Rusiyada qadağan olunmuş) ali lideri Heybətullah Axundzadə ölkədə qadın hüquqları ilə bağlı gözlənilməz bəyanatla çıxış edib – onun fikrincə, hərəkatın hakimiyyətə gəlişindən sonra bu sahədə vəziyyət yaxşılaşıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun müsəlmanların Qurban bayramı münasibətilə təbrik mətnində deyilir ki, Taliban tərəfindən həyata keçirilən tədbirlər qadınları “bir çox ənənəvi zülmlərdən, o cümlədən məcburi nikahlardan” xilas edib və onların şəriət hüquqlarını qoruyub.
“Qadınların azad və ləyaqətli insanlar statusu bərpa edilib”, – Taliban lideri deyir. Onun fikrincə, yeni hakimiyyət "onları İslam şəriətinə uyğun olaraq rahat və firavan həyatla təmin edə bildi".
2021-ci ildə Talibanın hakimiyyətə gəlməsi ilə qadınların universitetlərə (o cümlədən qadın müəllimlərə) getməsinə və onların milli və beynəlxalq qeyri-hökumət təşkilatlarında işləməsinə qadağa qoyuldu. Qadın teleaparıcılardan üzlərini örtmələri tələb edilib, qadın aktrisaların çəkildiyi filmlərə qadağa qoyulub. Bundan əlavə, Taliban qadınlara kontraseptivlərin satışını qadağan edib.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər