Bütün xəbərlər
Suriyada onlarla terrorçu məhv edilib
Tarix: 25-06-2023 22:59 | Bölmə: Dünya


Suriya silahlı qüvvələri ilə Rusiya Aerokosmik Qüvvələrinin birgə aviazərbələri nəticəsində son günlər İdlib əyalətində onlarla terrorçu, o cümlədən terrorçu qrupların səkkiz komandiri məhv edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin bəyanatına görə, zərbələr silahlı terrorçu qrupların Həma və Latakiya əyalətlərinə hücumlarına cavab olaraq həyata keçirilib və nəticədə bir neçə dinc sakin həlak olub.
RİA Novosti yazır ki, İdlibdə terrorçuların qərargahları və anbarları, həmçinin pilotsuz təyyarələrin buraxılış məntəqələri vurulub, silahlar, döyüş sursatları və pilotsuz təyyarələr məhv edilib.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər