12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Türkiyə parlamenti: İsveç terrorla mübarizədə konkret addımlar atmalıdır
Tarix: 21-06-2023 23:55 | Bölmə: Dünya


Türkiyə İsveçin antiterror qanununun qəbulunu alqışlayır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, lakin Stokholm bu sənədin həyata keçirilməsi üçün konkret addımlar atmalıdır. Əks halda, Ankara İsveçin NATO-ya daxil olması ilə bağlı müraciəti təsdiqləməyəcək. Bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş deyib.
TASS agentliyi yazır ki, bir müddət əvvəl İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışıqlardakı nümayəndəsi Oskar Stensterm Türkiyədən tezliklə icazə almağın mümkün olmayacağını bildirib.
Xatırladaq ki, Ankara İsveç və Finlandiyanın NATO-ya daxil olması prosesini əngəlləyib. Lakin sonradan bu ölkələr arasında memorandum imzalanıb və buna əsasən Stokholm və Helsinki kürd təşkilatlarını terror təşkilatı kimi tanımağa və Türkiyədə terrorizmdə və 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasına söz verib. Finlandiya Türkiyənin şərtlərini yerinə yetirdi.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər