12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Baydenin oğlu vergi pozuntularını etiraf edib
Tarix: 20-06-2023 19:11 | Bölmə: Dünya


ABŞ prezidentinin oğlu seçki ərəfəsində atasını çərçivəyə salıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Hunter Bayden istintaqla razılaşma əldə etdi və iki vergi pozuntusunda günahını etiraf etdi. Gələcəkdə o, məhkəmə qarşısına çıxacaq.
"Müttəhim iki federal ittiham üzrə özünü təqsirli bildi. Qanunsuz narkotik və silah saxlama işində o, məhkəməyə qədər tədbirlərə razılıq verdi", - Ədliyyə Departamentinin Delaver məhkəməsinə göndərdiyi məktubdan belə çıxır.
İstintaq dörd ilə yaxın davam etdi. Prezidentin övladı xarici tərəfdaşlarla əməliyyatlar apararkən çirkli pulların yuyulmasında, habelə silahların alınması ilə bağlı yalan ifadələr verməkdə şübhəli bilinirdi.
Ağ Ev rəhbərinin özü dəfələrlə oğlunun günahsız olduğunu bildirib. O, istintaqı siyasi sifariş adlandırıb.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər