12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Həsən Ruhani həbs edilə bilər
Tarix: 19-06-2023 12:45 | Bölmə: Dünya

                        hesen-ruhani-hebs-edile-biler



İranın keçmiş Prezidenti Həsən Ruhaniyə qarşı ölkənin Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı İranın İslam Şurası Məclisinin (parlament) üzvü Nasrulla Peymanfar açıqlayıb.
Onun sözlərinə görə, iş eks-prezidentə qarşı 700 min şikayət əsasında prokurorluğa göndərilib. 
Məsələyə qısa zaman ərzində baxılacağı və məhkəmənin onun barəsində həbs qətimkan və ya digər tədbir seçəcəyi gözlənilir.
Qeyd edək ki, H.Ruhani fond və valyuta bazarına müdaxilə etməkdə ittiham olunur. O, 2013-2021-ci illərdə İranın Prezidenti olub.



Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər