Bütün xəbərlər
İzmirdə soyuducuda parçalanmış 4 cəsəd tapılıb
Tarix: 18-06-2023 23:51 | Bölmə: Dünya


Türkiyənin İzmirində dəhşətli kəşf edilib: uzun müddət yaxınlarının yanına gedə bilməyən qohumlar mənzillərindəki dondurucuda parçalanmış dörd cəsəd tapıblar, DHA xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölənlərin hamısı - üç qadın və Türkmənistandan olan bir kişi Bayraklı rayonunda ikimərtəbəli evdə yaşayıb. Qətldə onların tanışı, eyni zamanda Türkmənistan vətəndaşı şübhəli bilinir. Hazırda polis onu axtarır.
Qırğın, ehtimal ki, bir həftə əvvəl baş verib, çünki bütün bu müddət ərzində ölənlər zənglərə cavab vermir və heç bir yerdə görünmürdü. İtkin düşənləri tapmaq üçün qohumlardan biri xüsusi olaraq İstanbuldan gəlsə də, heç kim onun üzünə qapını açmayıb. Sonra o, içəri girərək dondurucuda parçalanmış cəsədlər aşkar edən mühafizəçilərə müraciət edib.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər