Bütün xəbərlər
Çinin xarici işlər naziri ABŞ ilə əlaqələri yüksək qiymətləndirir
Tarix: 18-06-2023 23:46 | Bölmə: Dünya


Çinin xarici işlər naziri Qin Gang bildirib ki, Çin və ABŞ arasında münasibətlər tarixin ən aşağı nöqtəsinə çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomatın fikrincə, bu, bu iki ölkənin xalqlarının maraqlarına cavab vermir.
Qin Gang bildirib ki, Pekin və Vaşinqton arasında münasibətlərin pisləşməsi digər dövlətlərə də təsir edir. Çinin ABŞ-a qarşı siyasəti həmişə ardıcıl və sabit olub.
"Ümid edirik ki, Amerika tərəfi Çinə qarşı obyektiv və rasional mövqedə qalacaq", - çinli diplomat əlavə edib.
Xatırladaq ki, iyunun 18 və 19-da Qin Qanq ABŞ dövlət katibi Entoni Blinkenlə görüşür.
Dövlət Departamentinin rəhbəri də öz növbəsində çinli həmkarını ABŞ-a dəvət edib. Blinken isə hazırkı danışıqları səmimi, mənalı və dürüst adlandırıb.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər