Bütün xəbərlər
Makron reqbiçilərin qələbəsi şərəfinə bir şüşə pivə içib
Tarix: 18-06-2023 22:35 | Bölmə: Dünya


Emmanuel Makron Fransanın reqbi çempionatının final oyununda iştirak edib və bu matçda Tuluza La Roşeli məğlub edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransa prezidenti çempionların paltardəyişmə otağına daxil olub və onların şərəfinə bir şüşə pivə içib.
Reqbi meydançasında keçirilən oyun çox inadkar keçdi və Tuluza cəmi 3 xal fərqi ilə qalib gəldi - 29:26. Makron matçda iştirak edib və oyun başa çatdıqdan sonra çempionları təbrik etmək üçün qaliblərin paltardəyişmə otağına gəlib.
Prezident bir şüşə pivə içərək Tuluza çempionluğunu qeyd etdi və bu, oyunçuları və komanda heyətini sevindirdi. Oksitaniya bölgəsinin klubu tarixdə 22-ci dəfə ölkə çempionatının qalibi olub.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər