12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Pentaqonu sızdıran şəxs öldü
Tarix: 16-06-2023 23:49 | Bölmə: Dünya


ABŞ Müdafiə Nazirliyinin keçmiş rəsmisi Daniel Ellsberq vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, 1971-ci ildə Vyetnamdakı döyüşlərlə bağlı Pentaqonun məxfi hesabatını mediaya sızdırması ilə tanınır.
Ellsberqin 92 yaşı var idi. "The Washington Post" qəzetinin yazdığına görə, o, Kensinqtondakı evində dünyasını dəyişib.
Pentaqonun dosyesi Daniel Ellsberq tərəfindən "The New York Times"-ə təhvil verilib. Sənədlər göstərirdi ki, 1963-1969-cu illərdə prezident Lindon Consonun administrasiyası Vyetnamda hərbi əməliyyatları gücləndirmək siyasəti aparıb. Eyni zamanda, ABŞ səlahiyyətliləri onları genişləndirməyə çalışmadıqlarını bildiriblər. Nəşr ictimaiyyətin Amerika hakimiyyətinə inamını sarsıdıb.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər