Bütün xəbərlər
Tramp məhkəmədən azad edilib
Tarix: 13-06-2023 23:59 | Bölmə: Dünya

Mayami məhkəməsi ABŞ-ın 45-ci prezidenti Donald Tramp və onun köməkçisi Uolt Noutun heç bir şərt olmadan azadlığa buraxılmasına qərar verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, prokurorluq onların qaçmağa meylli olmadığını hesab edib.
TASS agentliyi yazır ki, beləliklə, Tramp seçki kampaniyasını davam etdirə və ABŞ ətrafında hərəkət edə bilər.
Tramp isə öz növbəsində 37 maddənin hamısını təkzib edib.
Xatırladaq ki, Amerikanın keçmiş prezidenti “milli müdafiəyə aid olan məlumatları qəsdən gizlətmək”, “ədalətə mane olmaq üçün sui-qəsd”, “sənədləri gizlətmək” və bir sıra digər maddələrdə ittiham olunur.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər