Bütün xəbərlər
Birləşmiş Ştatlar Ukraynaya yeni yardım vəd edib
Tarix: 12-06-2023 23:44 | Bölmə: Dünya


Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya tezliklə yeni yardım paketi təqdim edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, həmçinin aydınlaşdırıb ki, Vaşinqton məhz Kiyevə lazım olan silahları təmin etməlidir, TASS agentliyi yazır.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken dövlətlərin Ukraynaya iki sahədə dəstəyini davam etdirəcəyini bildirib. Birincisi, söhbət hazırda ayrılan və Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında uğur qazanmasına səbəb olan hərbi yardımdan gedir. İkincisi, amerikalılar Ukraynanı uzunmüddətli perspektivdə lazım olan hər şeylə təmin etməyə hazırdırlar.
Blinken onu da əlavə edib ki, NATO-nun Vilnüs sammitində Ukraynaya yeni yardım paketi elan olunacaq.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər