Bütün xəbərlər
İyunun 14-də İtaliyada matəm elan olunacaq
Tarix: 12-06-2023 23:41 | Bölmə: Dünya


Silvio Berluskoninin dəfn mərasimi iyunun 14-də Milanda keçiriləcək. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İtaliya Nazirlər Şurasının katibi Alfredo Mantovano bildirib ki, həmin gün milli matəm elan olunacaq.
Xatırladaq ki, italyan siyasətçi iyunun 12-də 86 yaşında dünyasını dəyişib. Bundan əvvəl Berluskoninin leykoz xəstəliyinə tutulduğu məlum olub.
Berluskoni ilə özəl vida mərasimi iyunun 12-i axşama planlaşdırılıb. Burada yalnız qohumlar və dostlar iştirak edəcək. RİA Novosti agentliyi yazır ki, təhlükəsizlik səbəbi ilə bağlı vətəndaş anım mərasiminin keçirilməməsi qərara alınıb.
Silvio Berluskoni İtaliyanın ən parlaq və ən hörmətli siyasətçilərindən biridir. O, dörd dəfə ölkənin Nazirlər Şurasına rəhbərlik edib. Bundan başqa, bir neçə nazirliyə rəhbərlik edib.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər