Bütün xəbərlər
Baydenin dişi ağrıyır
Tarix: 12-06-2023 23:12 | Bölmə: Dünya


ABŞ prezidenti Cozef Bayden iltihablı diş pulpasını çıxarmaq üçün əməliyyat olunacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, prosedur iyunun 12-nə planlaşdırılıb.
Dövlət başçısının həkiminin dediyi kimi, Bayden iyunun 11-də diş ağrısından şikayət edib. TASS agentliyi yazır ki, o, artıq hazırlıq prosedurlarından keçib, onlara yaxşı dözüb. Bununla belə, prezident hələ də müəyyən diskomfort hiss edir, lakin bu, normaldır, deyə, həkim qeyd edib.
Xatırladaq ki, iyunun 1-də prezident Bayden qum torbasının üzərinə yıxılıb. Ağ Evin məlumatına görə, bu hadisədən sonra Amerika liderinin tibbi yardıma ehtiyacı olmayıb.


Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər