Bütün xəbərlər
Çikaqoda gənc qadın atışmada ölüb
Tarix: 04-06-2023 23:58 | Bölmə: Dünya

Amerikanın İllinoys ştatının Çikaqo şəhərində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə polisin məlumatlarına istinadən ABC7 telekanalı məlumat yayıb. Hadisə bazar günü, iyunun 4-də bir nəfərin ölümünün ildönümü münasibətilə yerli sakinlərin toplaşdığı vaxt qeydə alınıb.
Xəbərdə deyilir ki, bazar günü səhər saatlarında Ostin bölgəsində baş verən atışmada 25 yaşlı qadın ölüb, 6 nəfər yaralanıb.
Yerli sakinin bədbəxt hadisə nəticəsində ölümünün dördüncü ildönümünə həsr olunmuş tədbir zamanı bir neçə naməlum şəxsin atəş açdığı dəqiqləşdirilir. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.
Bundan əvvəl ABŞ-ın Florida ştatının Hollivud şəhərində baş verən atışma nəticəsində 9 nəfərin yaralandığı bildirilirdi. Qurbanların bəziləri azyaşlılardır. Hadisənin iki qrup şəxs arasında mübahisə ilə başladığı məlum olub.
ABŞ-ın Kaliforniya ştatının Half Moon Bay şəhərində baş verən iki atışmada azı 7 nəfərin öldüyü də bildirilib. Polis şübhəli şəxsi saxlayıb. KİV-in məlumatına görə, qətliamın qurbanları yerli fermada çalışan çinli işçilər olub.


Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər