Bütün xəbərlər
Tramp Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edib
Tarix: 28-05-2023 23:57 | Bölmə: Dünya


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Truth Social” səhifəsində Tramp yazıb: “Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyədə qazandığı böyük və layiqli qələbə münasibətilə təbrik edirəm”.
ABŞ-ın keçmiş prezidenti əlavə edib ki, o, Ərdoğanı ölkəsini və böyük türk xalqını sevən dost hesab edir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Kremlin rəsmi saytında dərc olunan teleqramda Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Misir, Fransa və Ermənistan liderlərindən də təbriklər gəlib.


Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər