12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Pentaqon ABŞ bombardmançılarının Baltik dənizi üzərində görünməsinə münasibət bildirib
Tarix: 23-05-2023 23:55 | Bölmə: Dünya

Pentaqonun sözçüsü iki Amerika bombardmançısının Baltik dənizi üzərində Rusiya sərhədi yaxınlığında uçuşunu Avropada keçirilən təlimlərlə izah edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ ordusunun sözçüsü Patrik Rayder çərşənbə axşamı keçirdiyi brifinqdə jurnalistlərə bildirib ki, Amerikanın "B-1" bombardmançılarının Rusiyanın "Su-27" qırıcıları ilə Baltik dənizi üzərində qarşılıqlı əlaqəsi “təhlükəsiz və peşəkardır”. Rayderin sözlərini TASS agentliyi sitat gətirir.
Pentaqonun sözçüsü tərəfindən verilən açıqlamaya görə, mayın 22-də Baltik dənizi üzərində səmada peyda olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki bombardmançı təyyarə dünyanın müxtəlif yerlərində müntəzəm uçuşlar həyata keçirən işçi qrupunun bir hissəsidir. "B-1" təyyarəsinin təhlükəli şəkildə Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşdığı uçuş Avropada planlaşdırılmış təlimlər çərçivəsində baş tutub.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, çərşənbə axşamı Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin növbətçi "Su-27" qırıcısı Baltik dənizi üzərində səmaya qaldırılıb. Səbəb Rusiya Federasiyası ərazisi istiqamətində hərəkət edən iki hava hədəfinin görünməsi olub. Sərhəddən keçməyə icazə verilmir.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər