Bütün xəbərlər
Rusiya ordusu Suriyada terror aktının qarşısının alındığını bildirib
Tarix: 19-05-2023 23:59 | Bölmə: Dünya


Suriyada Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini Oleq Qurinov Suriyanın Əl-Tanf bölgəsində SAR hökumət qoşunlarına qarşı terror aktı törətmək cəhdinin qarşısının alındığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qurinovun sözlərinə görə, region “qondarma” beynəlxalq antiterror koalisiyasının nəzarəti altındadır.
Rusiya mərkəzinin rəhbərinin müavini bildirib ki, “koalisiya” radikal dihadçı terrorçu qrupların terror aktlarının qarşısını almaq üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər