Bütün xəbərlər
Makron və Zelenskinin nəyi müzakirə aparacağı məlum olub
Tarix: 14-05-2023 23:31 | Bölmə: Dünya


Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenskinin Parisdə səfərini gözləyir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş zamanı liderlər Ukraynanın təcili hərbi və humanitar ehtiyaclarını müzakirə edəcəklər. Bu barədə “Le Figaro” Yelisey sarayına istinadən xəbər verir.
“Bazar günü Yelisey sarayında şam yeməyi zamanı Emmanuel Makron Vladimir Zelenski ilə Ukraynanın təcili hərbi və humanitar ehtiyaclarına cavab olaraq Fransanın dəstəyini müzakirə edəcək”, AFP xəbər verir.
Bundan əlavə, Fransa prezidentinin “Ukraynanın qanuni hüquqlarının bərpası və fundamental maraqların qorunması məsələsində Fransanın və bütün Avropanın davamlı dəstəyini xatırlatmaq niyyətində olduğu qeyd edilir.
Qeyd edək ki, bu, Zelenskinin bu il Parisə ikinci səfəri olacaq.
Bundan əvvəl Ukrayna prezidenti Almaniyaya səfər edib, burada prezident Frank-Valter Ştaynmayer və Almaniya kansleri Olaf Şoltsla görüşüb.


Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər