Bütün xəbərlər
İsrailin yaşayış binasına raket atılmasından sonra Netanyahu iclas keçirib
Tarix: 11-05-2023 22:06 | Bölmə: Dünya


Cümə axşamı İsrailin Rehovot şəhərinin atəşə tutulması nəticəsində azı bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qəzza zolağının ərazisindən atılan raketlərdən biri yaşayış binasına düşüb.
Qəzza zolağında yerləşdirilən yaraqlılarla israillilər arasında qarşıdurma getdikcə genişlənir. İsrail artıq üç gündür ki, Qəzza zolağından atılan yüzlərlə raketə cavab olaraq “Qalxan və Ox” əməliyyatı keçirir.
Cümə axşamı İsrailin Rehovot şəhərində hava hücumu elan edildikdən sonra radikalların atdığı raketlərdən biri yaşayış binasına düşüb. İlkin məlumata görə, bir qadın ölüb, daha 7 nəfər yaralanıb. İsrail mənbələri Sderot şəhərində birbaşa zərbələr olduğunu bildirir. İsrailin Fələstin ərazilərini atəşə tutmasının nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.
TASS-ın məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu davam edən atəş və yaşayış binasına düşən raketlə bağlı hərbi kəşfiyyat nümayəndələri ilə operativ iclas keçirib. Bunun fonunda İsrailin sərhəd yaşayış məntəqələrində hava hücumu sirenləri səslənməkdə davam edir, İD aviasiyası Qəzza zolağındakı hərbi obyektlərə zərbələr endirir.


Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər